Aparıcı və müğənni üz-üzə gəldi: "Məni ciddiyə almırsınızsa..."

Aparıcı və müğənni üz-üzə gəldi: "Məni ciddiyə almırsınızsa..."

Mətanət Əliverdiyeva və Vüqar Muradov arasında ağız davasına çıxıblar.

"Cebheinfo.az" xəbər verir ki, müğənni verilişə dəvət alsa da, ora getməkdən imtina edib.

Aparıcı efirdə ona qarşı sərt fikirlər səsləndirib: 

“Vüqar verilişimə gəlmədi, eybi yoxdur, qalsın qara qulluğunda, heç nə olmaz. Mənim sifətim çöndüsə, bilin ki, Mətanəti əvvəlki vəziyyətinə heç kim, heç nə qaytara bilməz.

Heç kim heç kimdən nə əskikdir, nə də artıqdır. Efirə baxıb qonaqları bəyənməmək artıq sənin problemindir. Bu yaşa çatmışam, neçə veriliş aparmışam, heç vaxt kiməsə yuxarıdan aşağı baxmamışam.

Nə tez ulduzluğunuza saldınız, nə tez qonaqları bəyənmədiniz. Rəhilə Əliyeva Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistidir. Vaqif Şıxəliyevin sənəti ortadadır. Dostumuz Murad Həsənzadə tarı elə ifa etdi ki, elə bildim böyük bir sənətkardır. Belə insanlara qarşı da həssas olmaq lazımdır. Gözdən əlildir.

Bu cür insanların yanında olmuşuq və olacağıq. "Yoxsa ki, mən verilişə gəlmirəm..." Ayıb olsun belə şey etmək olmaz. Canlı efirdir, anonslar da gedəndə görürsünüz ki, qonaqlar kimdir. Xoşunuza gəlmirsə, dünəndən xoşuma gəlmirsiniz”.

Müğənni sosial media hesabında paylaşım edərək aparıcıya belə cavab verib:

“İki gün öncə verilişin produseri mənə zəng vuraraq dedi ki, qonağımız bir sən, bir də Vaqif Şıxəliyev olacaq. Dedim, nə gözəl, Vaqifin xətrini çox istəyirəm, məmnuniyyətlə gələrəm. Kanala çatmağıma yarım saat qalmışdı, 2 saat da tıxacda qalmışam. Dedim, baxım görək, veriliş necə gedir. Gördüm ki, Vaqifdən başqa bir xanım, bir də bəy qonaq var. Bunu mənə deməmişdilər. Onları da heç tanımıram.

Produserlərinə yazdım ki, verilişinizdə kifayət qədər qonaq var və mənə ehtiyac yoxdur. Ciddiyə almırsız məni? Mən də sizi də, verilişinizi də ciddiyə almıram. Bunu hansısa Əməkdar artist və Xalq artistinə edə bilərsinizmi? Odur ki, verilişə getmədim.

Məni aldadıblar. Problemim də verilişin produseri və aparıcısı ilə bağlı idi. Mətanət xanım efirdə mənə qarşı çox yalnış ifadələr səsləndirdi ki, Vüqar qonaqları aşağılayıb. Mənim qonaqlarla bir problemim yoxdur. Siz məni aldatmısınız. Heç kimi aşağılamaram. Mətanət xanıma demək istəyirəm ki, bunu niyə faciəyə çevirirsiniz? Elə bilin ki, bir külək idi, əsdi keçdi”.

"Cebheinfo.az"