Britaniyanın aviadaşıyıcısı NATO təlimlərində sıradan çıxdı

Britaniyanın aviadaşıyıcısı NATO təlimlərində sıradan çıxdı

NATO təlimlərində iştirak etmək üçün Şimali Atlantikaya göndərilən Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin "HMS Prince of Wales" aviadaşıyıcı gəmisi manevrlər zamanı sıradan çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" qəzeti məlumat yayıb.

Bildirilib ki, laynerin pər valında texniki nasazlıq baş verib. Qüsur səbəbindən gəmi təmir üçün Norveçin Stavanger limanında lövbər salmaq məcburiyyətində qalıb.

Britaniya hərbi dairələrindəki mənbələr bildiriblər ki, hadisə artıq mövcud olan problemlər, o cümlədən müdafiə planlaşdırılmasındakı gecikmələr və hərbi xərclərin səviyyəsinin müzakirəsi fonunda baş verib.

"Cebheinfo.az"