“İndiki mərhələdə görüşmələri mümkün deyil”

“İndiki mərhələdə görüşmələri mümkün deyil”

“Hazırkı mərhələdə ABŞ Prezidenti Donald Tramp ilə İranın Ali Lideri Müctəba Xamenei arasında görüş mümkün deyil”.

Bu sözləri Ali Liderin hərbi müşaviri Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, ABŞ və İran arasında danışıqlar hələ ilkin mərhələdədir:

“Trampın addımları bu prosesi çətinləşdirib, buna görə də belə bir görüşün keçirilməsi gündəmdə deyil”.

Məlumata görə, Vaşinqton və Tehran arasında müzakirə olunan əsas sənəd isə atəşkəs rejiminin uzadılması, Hörmüz boğazının mərhələli şəkildə açılması və nüvə proqramı üzrə gələcək danışıqların çərçivəsinin müəyyənləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, o, Xameneinin səhhəti və ölkədə qərarların qəbulunda rolu ilə bağlı sualları cavablandırmayıb.

"Cebheinfo.az"