PSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq

PSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq

PSJ rəhbərliyi hücumçu Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu münasib təklif olacağı təqdirdə bu yay futbolçunun gedişinə mane olmayacaq.

İspaniyanın "Atletiko" və İngiltərənin "Aston Villa" klublarının hücumçuya maraq göstərdiyi bildirilib. 2023-cü ilin yayından PSJ-də çıxış edən cənubi koreyalı oyunçunun müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.

"Transfermarkt" portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Li Kan İn 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 39 matçda 4 qola, 5 məhsuldar ötürməyə imza atıb.

"Cebheinfo.az"