Türkiyə və Qətərin XİN rəhbərləri telefonla danışdı
İyunun 5-də Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarı Qətər XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefon danışığı aparıb.
“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, söhbət zamanı hər iki nazir Yaxın Şərqdə son proseslər, xüsusilə də ABŞ və İran arasında davam edən danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hər iki ölkənin XİN rəhbəri ABŞ-İran danışıqlarında əldə olunan razılaşmaları da müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə və Qətər XİN rəhbərləri arasında telefon danışığı Yaxın Şərqdə regional gərginliyin davam etdiyi bir zamanda baş tutub.
ABŞ və İsrailin İrana hücumları və İranın adevkat cavab zərbələri nəticəsində gəmiçilik marşrutlarına və enerji resurslarının daşınmalarına ciddi zərər dəyib, neft-qaz qiymətləri bahalaşıb və enerji qıtlığı yaşanıb.
Hörmüz boğazının açılması istiqamətində Türkiyə həm ABŞ, həm də İran tərəfi ilə danışıqlar aparır. Ankara və Doha İran-ABŞ danışıqları prosesində bir-biri ilə sıx təmasları davam etdirirlər.
Hər iki ölkə Pakistanın rəhbərlik etdiyi vasitəçilik səylərini dəstəkləyir və paralel diplomatik təşəbbüslərlə də məşğul olurlar.
Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, Fidan və Əl-Sani arasındakı telefon danışığı regionda gərginliyin azaldılması və sabitliyin bərpasına yönələn regional məsləhətləşmələrin bir hissəsidir.
Yunis Abdullayev
“Cebheinfo.az”


