Keçmiş məhbuslar külli miqdarda narkotiklə yaxalandı

Keçmiş məhbuslar külli miqdarda narkotiklə yaxalandı

Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın cənub bürosunun verilən xəbərə görə, tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 18 kiloqram marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

"Cebheinfo.az"