İrlandiya iki israilli nazirə qarşı sanksiya tətbiq edib

İrlandiya iki israilli nazirə qarşı sanksiya tətbiq edib

İrlandiya Ədliyyə Nazirliyi Baş nazir Mişel Martinin göstərişi əsasında israilli iki nazir barəsində səyahət sanksiyası tətbiq edərək onların ölkəyə girişini qadağan edilib.

"Cebheinfo.az" xəbər verir ki, İrlandiya Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Baş nazir Mişel Martinin qərarına əsasən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin İrlandiyaya girişinə icazə verilməyəcək.

Nazirliyin açıqlamasında vurğulanıb ki, Qəzzada getdikcə dərinləşən humanitar fəlakətin böyüməsində birbaşa məsuliyyət daşıdığı bildirilən israilli hökumət rəsmilərinə qarşı addım atılıb.

Bu çərçivədə Ədliyyə və Daxili İşlər nazirlərinin aidiyyəti qurumlara həmin iki israilli nazirin ölkəyə daxil olmağa cəhd göstərdiyi halda sərhəddə saxlanılması və girişlərinə qəti şəkildə icazə verilməməsi barədə göstəriş verdiyi qeyd olunub.

Həmçinin bildirilib ki, sözügedən qərarın qüvvəyə minməsi üçün parlament və ya Nazirlər Kabinetinin əlavə təsdiqinə ehtiyac olmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"