Ərdoğan: "Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır"

Ərdoğan: "Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır"

Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə Zirvə görüşündə deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, lazım gəlsə, Pakistan və Hindistan münasibətlərinin normallaşmasına vasitəçilik edə bilərlər.

Daha sonra üçtərəfli (Azərbaycan, Türkiyə, Pakistan-red.) əməkdaşlıqdan söz açan R.T. Ərdoğan bu əlaqələri inkişaf etdirmək üçün xarici işlər nazirləri arasında da görüşləri sıxlaşdırılacaqlarını bəyan edib.

“Türkiyə, Azərbaycan və Pakistan olaraq mütəmadi üçtərəfli Zirvə gğrüşləri və nazirlər toplantıdı keçirərək münasibətləri daha da möhkəmləndirəcəyik. Müdafiə və nəqliyyat sahəsində əməkdaşlığa da birlikdə töhfə verəcəyik”,- o qeyd edib.

"Cebheinfo.az"