Rusiya klubu fəaliyyətini dayandırır

Rusiya klubu fəaliyyətini dayandırır

Rusiyanın "Ximki" klubu fəaliyyətini dayandırır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə jurnalist İvan Karpov sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu gün futbolçular son məşqlərinə çıxacaqlarına dair məlumatlandırılıb. Bildirilib ki, futbolçular qarşılıqlı razılıq əsasında müqavilələrinə xitam verilməsi üçün sənədlər imzalamalıdırlar.

Qeyd edək ki, komanda Premyer Liqanı 12-ci pillədə başa vursa da, maliyyə problemlərinə görə növbəti mövsüm ölkə çempionatında iştirak etmək üçün lisenziya ala bilməyib. Ötən gün Rusiya Futbol Federasiyası klubun apelyasiya şikayətinin təmin olunmadığını bildirib.

"Cebheinfo.az"