Məleykə Abbaszadədən onlara XƏBƏRDARLIQ

İmtahana gizli telefon keçirilməsinə görə növbəti dəfə xəbərdarlıq edilib.
"Cebheinfo.az" xəbər verir ki, xəbərdarlığı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib.
DİM sədri bildirib ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur, onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər.
DİM sədri qeyd edib:
"Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.
Nigar
"Cebheinfo.az"