Türkiyədə 56 hərbçi saxlanıldı

Türkiyədə FETÖ-yə qarşı 36 vilayətdə həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin 56 üzvü saxlanılıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ümumilikdə 63 hərbçi haqqında həbs qərarının çıxarıldığı deyilir.
İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Türkiyə SQ-nin tərkibindəki gizli FETÖ strukturu geniş bir şəbəkə yaradıb. Həbslər İstanbul, Ankara, Bursa, Ərzurum və digər şəhərlərdə həyata keçirilib.
"Cebheinfo.az"