Romada danışıqların beşinci raundu başladı

İran və ABŞ arasında nüvə proqramına dair danışıqların beşinci raundu başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb.
Danışıqlar Romada keçirilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ və İran Tehranın nüvə proqramı ətrafında fikir ayrılığının nizamlanmasında dair Omanın vasitəçiliyi ilə 4 danışıqlar keçirib. Bunlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncü isə aprelin 26-da və mayın 11-də yenidən Maskatda baş tutub.
Bu görüşlərdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçı, ABŞ heyətinə isə ölkə Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib.
"Cebheinfo.az"