Millimiz İngiltərəni məğlub edib AÇ-yə qələbə ilə başladı

Çimərlik futbolu üzrə milli komandamız Avropa Çempionatına qələbə ilə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, B Liqasının A qrupunda mübarizə aparan komandamız İngiltərəni 5:4 hesabı ilə məğlub edib.
Millimiz bu qrupda İngiltərə ilə yanaşı Litva və Belçika yığmaları ilə mübarizə aparacaq.
"Cebheinfo.az"