Paşinyanın qohumu dəhşətli qəzada ÖLDÜ

Mayın 23-də günorta saatlarında Ermənistanın Tavuş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Cebheinfo.az” “Shamshyan.com”-a istinadən xəbər verir ki, saat 12:30 radələrində Dilicandan Haqartsin monastırına gedən magistralda “Mitsubishi” markalı pikap hələlik məlum olmayan şəraitdə yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər yerindəcə ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Dilican Tibb Mərkəzinə yerləşdirilib.
Saytın məlumatına görə, ölən və yaralananlar Milli Parkda işləyiblər və ölən şəxs Baş nazir Nikol Paşinyanın qohumudur.
Xəzər
“Cebheinfo.az”