Rusiyada helikopter qəzaya uğrayıb: Ekipaj həlak olub - YENİLƏNİB

Rusiyada helikopter qəzaya uğrayıb: Ekipaj həlak olub - YENİLƏNİB

Rusiyanın Oryol vilayətində Mi-8 planlaşdırılmış uçuşu yerinə yetirərkən qəzaya uğrayıb, ekipaj həlak olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva Hərbi Dairəsindən məlumat verilib.

Bildirilib ki, qəzanın ilkin səbəbi texniki nasazlıq olub

16:30

Rusiyanın Oryol vilayətinin Uritski rayonunun Narışkino kəndi yaxınlığında helikopter qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS-a Uritski rayonunun Vahid Növbətçi Dispetçer Xidmətindən məlumat verilib.

Helikopterin hansı quruma məxsus olması barədə məlumat yoxdur.

"Cebheinfo.az"