Avropa Liqada mövsümün rəmzi komandası açıqlandı

Avropa Liqada mövsümün rəmzi komandası açıqlandı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Liqasında 2024/2025 mövsümü üçün simvolik heyəti açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, həmin heyətə AL-in qalibi olan “Tottenhem”dən 4 futbolçusunun adı qeyd edilib:

Qapıçı: Qilyelme Vikario (“Tottenhem”)

Müdafiəçilər: Robin Kox (“Ayntraxt”Frankfurt), Kristian Romero, Pedro Porro (hər ikisi “Tottenhem”), Fredrik Byorkan (“Bodo-Qlimt”)

Yarımmüdafiəçilər: Patrik Berq (“Bodo-Qlimt”), Bruno Fernandes, Kazemiro (hər ikisi "Mançester Yunayted")

Hücumçular: Rayan Çerki (“Lion”), Dominik Solanke (“Tottenhem”), Nikolas Uilyams (“Atletik”).

"Cebheinfo.az"