Azərbaycanda növbəti torpaq hərracı keçiriləcək

Azərbaycanda növbəti torpaq hərracı keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 25 iyun tarixində, saat 15:00-da növbəti torpaq hərracı keçirəcək.

Bu barədə "Cebheinfo.az"a Dövlət Xidmətindən bildirilib.

Hərraca Neftçala, Saatlı, Ucar, Zərdab, Goranboy, İmişli, Ağdam, Cəlilabad, Balakən, Qax rayonlarında dövlətə məxsus torpaqlar çıxarılacaq.

Hərracla bağlı ərizələr 26 may - 23 iyun 2025-ci il tarixlərində qəbul ediləcək.

"Cebheinfo.az"