5,7 bal gücündə ZƏLZƏLƏ

5,7 bal gücündə ZƏLZƏLƏ

İndoneziyanın Sumatra adasındakı Benqkulu şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, İndoneziya hökumətinin Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, Benqkulu şəhəri yaxınlığında zəlzələ baş verib.

Yerli vaxtla saat 02:50 radələrində şəhərdən 43 kilometr cənub-qərbdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

ABŞ Geoloji Xidməti (USGS) 5,7 bal gücündə elan etdiyi zəlzələnin 68 kilometr dərinlikdə baş verdiyini bildirib.

Milli Fəlakətlərin Azaldılması Agentliyinin (BNPB) sözçüsü Əbdül Muhari zəlzələdən sonra Benqkulunun mərkəzində 100-dən çox evin və 6 ictimai obyektin zərər gördüyünü, şəhərin mərkəzində 8 evin dağıldığını bildirib.

Benqkulu qubernatoru Helmi Həsən zəlzələdə can itkisinin olmadığını və 100-ə yaxın evin dağıldığını təsdiqləyib,  Qubernator Həsən bildirib ki, ciddi ziyan dəymiş evlərin bərpası və daha az zədələnmiş evlərin təmiri üçün yardım göstəriləcək.

Nigar Hacılı 
"Cebheinfo.az"