Almaniyada vağzalda bıçaqlı hücum - 12 nəfər yaralandı

Almaniyada vağzalda bıçaqlı hücum - 12 nəfər yaralandı

Almaniyanın Hamburq şəhərində mərkəzi vağzalda bıçaqlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb.

Yüngül yaralılara hadisə yerində tibbi yardım göstərilsə də, vəziyyəti ağır olanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Ağır yaralananlardan üçünün həyati təhlükəsinin olduğu bildirilir.

Hücumun səbəbi hələlik məlum deyil, lakin hücumdan sonra bir qadın saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

"Cebheinfo.az"