Tovuzda minik avtomobili traktora çırpılıb

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Vaz-2107" markalı minik avtomobili hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb.
Qəza nəticəsində Tovuz rayonu Alakol kənd sakini 1961-ci il təvəllüdlü Süleyman Əhmədov xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"