60 yaşlı xəstənin mədəsindən 47 bolt çıxarılıb

60 yaşlı xəstənin mədəsindən 47 bolt çıxarılıb

İranda 60 yaşlı xəstənin mədəsindən 47 bolt çıxarılıb. 

"Cebheinfo.az"-nun İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən məlumatına görə, Dr.Alborz Tibb Elmləri Universitetinin professoru Muhsin Recebniya məsələ ilə bağlı açıqlama verib. Rəcəbniya nadir hadisəni nadir hadisə kimi qiymətləndirərək, Kərəc şəhərində 60 yaşlı xəstənin mədəsindən 47 metal boltun çıxarıldığını qeyd edib. 

Xəstənin mədəsindən boltların əməliyyata ehtiyac olmadan endoskopik üsulla çıxarıldığını qeyd edən Recebniya xəstənin ümumi vəziyyətinin yaxşı olduğunu və tezliklə evə buraxılacağını bildirib. Sözügedən xəstənin metal boltları necə udduğuna dair heç bir məlumat verilməyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"