Azərbaycanın məşhur “Qalatasaray” azarkeşləri - SİYAHI

Məlum olduğu kimi, ötən gün Türkiyə Super Liqasında çempion müəyyənləşib.
“Qalatasaray” 25-ci dəfə çempion olmağı bacarıb. İstanbul klubunun 5 ulduz alan ilk türk klubu olması Türkiyədə böyük coşğu ilə qarşılanıb. Ölkənin hər yerində “Qalatasaray” azarkeşləri çempionluğu qeyd ediblər. Həmçinin, Azərbaycandakı “Qalatasaray” azarkeşləri də istər sosisal şəbəkələrdə, istərsə də paytaxt Bakı başda olmaqla, ölkə ərazisində çempionluğu bayram ediblər. Xüsusilə, Milli Məclisin deputatı Hikmət Babaoğlunun “Cim-Bom”u təbrik etməsi diqqət çəkib.
Biz də Azərbaycanda məşhurlar və media nümayəndələri arasında “Qalatasaray” azarkeşi olan tanınmışları araşdırmaq qərarına gəldik.
“Cebheinfo.az” onların bəzilərini təqdim edir:
• Deputat Hikmət Babaoğlu
• Deputat Kəmaləddin Qafarov
• “Cebhe.info” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov
• “Manset.az” Xəbər Portalının baş redaktoru Əli Vəliyev
• “Manset.az” Xəbər Portalının direkotoru Famil Fərhadoğlu
• “Azxeber.com” İnformasiya Portalının baş redaktoru Hacıbıəy Heydərli
• “Qaynarinfo.az” saytının redaktoru Pərvin Kazımoğlu
• “AFN.az” saytının redaktoru Həbibə Abdulla
• Politoloq Elçin Xalidbəyli
• Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov
• Təhsil eksperti Kamran Əsədov
• Jurnalist Vaqif Aydınoğlu
• Jurnalist Nigar Sabirqızı
• Jurnalist Ayaz Mirzəyev
• Jurnalist Ayşən Mustafa
• Jurnalist Mehri Qurban
• Müğənni Aqşin Fateh
• Aktyor Fərda Xudaverdiyev
• Aktyor Həsrət Həsrətov
• Aktyor İlkin Misgərli
• Rejissor Kənan M.M.
Elmir Mustafa
“Cebheinfo.az”