Prezidentin Xankəndidə liderlərlə görüşləri FOTOLARDA

Prezidentin Xankəndidə liderlərlə görüşləri  FOTOLARDA

Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir. 

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb. Zirvədən əvvəl dövlətimizin başçısı bir sıra ölkələrin prezident və baş nazirləri ilə görüşüb. 

Həmin görüşlərin olduqca səmimi ab-havada keçməsi diqqət çəkib. İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, İran Prezidenti Məsud Pezeşkian, Tacikistan Prezidenti Emoməli Rəhmon, Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Şahbaz Şərif və Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşüb. 

Elmir Mustafa 
“Cebheinfo.az”