Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

“İƏT-in 17-ci sammitinə ev sahibliyi etdiyinizə görə, İlham Əliyev, sizə və Azərbaycan xalqına təşəkkür edirəm”.

"Cebheinfo.az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

İran lideri çıxışında cari ilin iyunun 13-də İsrail və İran arasında baş verən hərbi gərginliyə münasibət bildirib.

Onun sözlərinə görə, iyunun 13-də İsrail İrana qarşı hücumlara başlayıb. Pezeşkian qeyd edib ki, İran bu hücumlara cavab vermə hüququndan istifadə edərək cavab verib, bölgədə müharibənin baş verməsinin qarşısını alıb:

“Bir çox qlobal təşkilatlar İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin son iclasında İrana qarşı hücumlara sərt mövqe nümayiş etdirib”.

"Cebheinfo.az"