Baş nazir Zirvə görüşündə Qazaxıstanın təkliflərini açıqlayıb

Baş nazir Zirvə görüşündə Qazaxıstanın təkliflərini açıqlayıb

Qazaxıstanda Ətraf Mühit Sammitinin keçirilməsini təklif edirik.

"Cebheinfo.az" xəbər verir ki, bunu Qazaxıstan Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Qazaxıstan Baş naziri İƏT-in 2035-ci Strategiyasının qəbulunu vacib sayıb: “İnanıram ki, bu Strategiya noyabrda Qazaxıstanda İƏT Xarici İşlər Nazirlərinin Şurasında qəbul ediləcək”.

Qazaxıstan Baş naziri İsrail-İran qarşıdurması zamanı ölkəsinin vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib. O bildirib ki, Zirvə görüşünün Xankəndində keçirilməsi Azərbaycanın sülh və inkişafa dəstəyini ortaya qoyur.

"Cebheinfo.az"