Rusiya Ukraynadakı Polşa səfirliyini vurdu

Bu gün Ukrayna qarşı həyata keçirilən genişmiqyaslı rus hücumunda Polşanın səfirliy binası da zərər görüb.
"Cebheinfo.az" xəbər verir ki, Polşa Xarici İşlər naziri Radoslav Sikorski bildirib ki, Kiyevə qarşı edilən böyük Rusiya hücumu zamanı səfirliy binası zədələnib.
“Səfir Lukasievicz ilə az əvvəl danışdım, hamı təhlükəsizlikdədir. Ukraynanın təcili hava müdafiəsinə ehtiyacı var” - deyə o bildirib.
Sikorski ABŞ Prezidenti Donald Trampa birbaşa çağırış edib.
Rusiyanın Prezidenti Vladimir Putinin Trampın sülh səyləri ilə istehza etdiyini ifadə edən Sikorski, “Ukraynaya zenit sursatlarının göndərilməsini bərpa edin və təcavüzkara qarşı yeni sərt sanksiyalar tətbiq edin” deyə qeyd edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, Rusiyanın həmin gün ərzində 539 PUA və 11 raket atdığı bildirilib.
Hücum zamanı ballistik və qanadlı raketlərlə yanaşı “Kinjal” hipersəs raketlərindən də istifadə olunub.
Ötən gecə rekord sayda, 330 ədəd “Shahed” tipli dron göndərilib. Hücumun əsas hədəfinin Kiyev olduğu qeyd olunub. Şəhərin altı ayrı bölgəsində birbaşa zərbə qeydə alınıb.
Azı 20 nəfərin yaralandığı bildirilir. Baş verən yanğınlar nəticəsində paytaxtda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb.
Nigar Hacılı
"Cebheinfo.az"