Şahbaz Şərif: "Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir"

Şahbaz Şərif: "Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir"

Pakistan İsrailin İrana hücumunu qəti şəkildə pisləyir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Pakistan Baş naziri İranda həlak olanlarla bağlı başsağlığı verib, yaralılara tezliklə şəfa arzulayıb: “Hindistanın Pakistana təcavüzünə qəti şəkildə cavab verildi, təxribatın qarşısını aldıq. Mən İƏT-də qardaş üzv dövlətlərə Pakistanla həmrəyliyə görə təşəkkür edirəm. Hindistanın təcavüzünü yaddan çıxarmayacağıq”.

Məhəmməd Şahbaz Şərif qeyd edib ki, Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir: “Beynəlxalq ictimaiyyət buna yol verməməlidir”.

"Cebheinfo.az"