Xankəndidə tarixi FOTO

Xankəndidə tarixi FOTO

Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, Zirvə çərçivəsində bir çox maraqlı anlar yaşanıb.

Çəkilən səmimi fotolar da böyük marağa səbəb olub. Ən çox maraqla qarşılanan foto isə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianın söhbət etdiyi anın şəkilidir.

Sözügedən kadrlarda liderlərin gülümsəyərək səmimi söhbət etdiyi görünür. Həmin fotolar sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub.

Müzakirələrdə  liderlərin ünsiyyət zamanı tərcüməçiyə ehtiyac olmadığı, hər 3 liderin türk dilində bir-biri ilə danışdığı yazılıb.

Elmir Mustafa

“Cebheinfo.az”