OMON-nun Yekaterinburq qətliamı: Yunis Paşayev kimdir və niyə öldürülüb?

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.
Rusiya tərəfi hücumun 2001-ci ilin may ayında Blüxer küçəsində Azərbaycan əsilli Yekaterinburq sakini Yunis Paşayevin mətbəx bıçaqları ilə bıçaqlanaraq öldürülməsi işinin istintaqı çərçivəsində həyata keçirildiyini iddia edir.
“Cebheinfo.az” xəbər verir ki, “E1.RU”-ya mərhumun tanışı onun necə öldüyünü danışıb.
"O, özünü pis hiss etdi, ürəyini tutdu. Təcili yardım çağırdılar, kömək etdilər, onu xilas etməyə çalışdılar, amma xilas edə bilmədilər. O, gənc deyildi", - mərhumun tanışı bildirib.
Ölümün əsl səbəbi ekspertizanın rəyi ilə müəyyən ediləcək. Mərhum Yunis Paşayevin 2001-ci ildə Yekaterinburqda ticarətlə məşğul olan şəxsi qətlə yetirməkdə şübhəli bilinən qardaşlardan biri olduğu məlum olub.
Bu arada saxlanılan şəxslərin adları məlum olub.
E1.RU-nun məlumatına görə, onlardan doqquzu Səfərovlar ailəsinin üzvləridir: ikisi - Vüqar və Məhəmməd sərbəst buraxılıb. Kamal Səfərov reanimasiyadadır. Daha dörd nəfərin barəsində həbs-qətimkan tədbiri seçilmısi üçün məhkəmə keçirilir. Bunlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bəkir Mehdi oğludur.
Daha iki qardaş - Hüseyn və Ziyəddin Səfərov OMON-nun hücumu zamanı öldürülüb.
Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. O, əməliyyatdan sonra xəstəxanaya yerləşdirilsə də, həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov da xəstəxanadadır.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda OMON zorakılğı ilə müşayiət olununa kütləvi həbslər olub. 50-dən çox adam polis bölməsinə aparılıb. Polis və xüsusi təyinatlıların hücumu zamanı iki azərbaycanlı öldürülüb.
Xəzər
“Cebheinfo.az”