"Formula-2" də avtomobillər aşdı: Yarış dayandırıldı

Avstriyada keçirilən "Formula-2" çempionatının altıncı mərhələsində baş verən ağır qəzadan sonra sprint yarışı dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Qeyd olunur ki, "Trident"in pilotu Sami Meqetunif daxili trayektoriya ilə ötməyə çalışsa da, Arvid Lindbladın ("Campos Racing") maşınına çırpılıb.
Pilotlardan heç biri xəsarət almayıb.
Bir müddət sonra yarış davam edib. Qalib Pepe Marti ("Campos Racing") olub.
"Cebheinfo.az"