Portuqaliya millisinin hücumçusu "Milan"ı tərk etdi

"Milan" klubu hücumçu Juan Feliksin və cinah oyunçusu Rikkardo Sottilin icarə müddətlərinin başa çatması ilə əlaqədar olaraq onlarla yollarını ayırdığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun sosial media hesablarında məlumat verilib.
Juan Feliks 2025-ci ilin fevralında İngiltərənin "Çelsi" klubundan "Milan"a icarəyə keçmişdi. O, İtaliya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 21 oyunda meydana çıxaraq üç qol vurub və bir məhsuldar ötürmə verib.
Rikkardo Sottil isə "Milan"a "Fiorentina" klubundan icarəyə cəlb olunmuşdu. O, komandanın heyətində 8 matçda iştirak etsə də, heç bir statistik göstərici ilə yadda qalmayıb.
Qeyd edək ki, başa çatan mövsümün yekunlarına əsasən, "Milan" A Seriyasını səkkizinci yerdə başa vurub.
"Cebheinfo.az"