Azərbaycan çay idxalını artırıb: İxracını isə azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 6 289 ton çay idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 38 milyon 112 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 169 ton (22,8 %), dəyər baxımından isə 12 milyon 414 min ABŞ dolları (48,3 %) çoxdur.
Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.
Bundan başqa, 5 ay ərzində Azərbaycan 2 milyon 581 min ABŞ dollar dəyərində 288 ton çay ixrac edib.
Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 4 ton (1,3 %), dəyər baxımından isə 85 min ABŞ dolları (3,1 %) azdır.
Hesabat dövründə çay ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.
"Cebheinfo.az"