“Facebook” Nikol Paşinyanı BLOKLADI

“Facebook” Nikol Paşinyanı BLOKLADI

“Facebook” sosial şəbəkəsi Nikol Paşinyanın Erməni Apostol Kilsəsinin katalikosu II Qaregin və digər yüksək rütbəli ruhanilər haqqında yanlış paylaşımını bloklayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan mediası yazıb.

“Bəlkə də Nikol Paşinyanın sivil leksikaya keçməyə qərar verməsinin səbəbi budur”, - deyə xəbərdə qeyd edilir.

Nikol Paşinyanın “Facebook” səhifəsinin hazırda əlçatan olmadığı bildirilir.

Bu hadisədən sonra Paşinyan leksikonunu dəyişməyə, katalikosun və kilsə nümayəndələrinin ünvanına sərt ifadələrdən imtina etməyə məcbur olub. 

Müşfiq Abdulla   
“Cebheinfo.az”