Şamxani yaralı vəziyyətdə dəfnə gəldi

İranın Ali Rəhbəri Seyid Əli Xameneyinin baş müşaviri Əli Şamxani İsrailin hücumu nəticəsində yaralandıqdan sonra ilk dəfə şənbə günü ictimaiyyət qarşısına çıxıb.
"Cebheinfo.az"-ın məlumatına görə, Şamxani İsrailin aviazərbələri nəticəsində öldürülən yüksək səviyyəli iranlı komandirlərin dəfn mərasimində iştirak edib.
Xatırladaq ki, Əli Şamxaninin ölməsi xəbəri yayılsa da, bir neçə gündən sonra onun sağ qaldığı məlum olmuşdu.
Müşfiq Abdulla
"Cebheinfo.az"