İran Qrossini nüvə obyektlərinə buraxmaq niyyətində olmadığını bəyan edib

İran hökuməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin ölkənin nüvə obyektlərinə girişini təmin etməyəcək və agentlik üçün orada videomüşahidə aparmağa icazə verməyəcək.
"Report" “Mehr”ə istinadən xəbər verir ki, bunu İran parlamentinin vitse-spikeri Həmid-Reza Hacı Babayi bəyan edib.
O bildirib ki, Tehran bu addımı İsrail hakimiyyətindən əldə edilmiş sənədlərdə İranın nüvə sənayesinin vəziyyəti haqqında məlumatların aşkar edilməsinə görə atıb.
"Cebheinfo.az"