Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı – VİDEO

Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı – VİDEO

Yekaterinburqda 5 azərbaycanlının qətlə yetirildiyi hadisənin şahidləri REAL TV-yə danışıb.

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılan və sonradan azad edilən azərbaycanlılr Vüqar və Ramil Səfərovlar Real TV-nin Rusiya bürosuna hadisənin tükürpədici təfərrüatları barədə məlumat veriblər.

İyunun 27-si gecə saat 5-6 radələrində evlərinə mskalı şəxslərin basqın etdiklərini və onlarla bərabər ailə üzvlərinin hamısının zorakılıq tətbiqilə həbs olunduqlarını deyirlər. Soydaşlarımızın sözlərinə görə, heç bir səbəb gətirilmədən və onlara qulaq asmadan dözülməz işgəncələrə məruz qalıblar.

Soydaşlarımızın sözlərinə görə, işgəncələrlə yanaşı Huquq mühavizə orqanları əməkdaşları onlara milli zəmində təhqirlər ediblər. Hətta onları təcridxanadan müharibəyə göndərmək istəyiblər.

Rusiyada yaşayan Səfərovlar ailəsinin üzvləri hazırda saxlanılan və xəsarət alaraq xəstəxanaya yerləşdirlilən digər ailə üzvlərinin taleyindən xəbərsizdilər.

"Cebheinfo.az"