Orban Üçüncü Dünya müharibəsinin anonsunu verdi

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Ukraynanın NATO-ya üzv olması birbaşa Rusiya ilə müharibəyə və ardınca Üçüncü Dünya müharibəsinə yol aça bilər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Orban "X" sosial şəbəkəsində yazıb:
“Ukraynanın NATO-ya girməsi? Bu, o deməkdir ki, Rusiya ilə müharibə başlayacaq və artıq sabah Üçüncü Dünya müharibəsi ola bilər".
Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı məsələyə də toxunan Orban belə deyib:
“Bu, cəbhə xəttini birbaşa Avropanın ortasına gətirəcək. Bu, diplomatiya deyil, dəlilikdir. Barıt çəlləyinə kibrit atmaqla eyni şeydir. Biz Avropanı döyüş meydanına çevirməyə imkan verməyəcəyik”.
Orban daha əvvəl də bildirmişdi ki, NATO və Avropa İttifaqının Ukraynanın üzvlüyü ilə bağlı mövqeyində böyük dəyişiklik baş verib.
Onun sözlərinə görə, bu məsələdə artıq Polşa da əvvəlki fikrindən dönüb.
Səbinə Uğur
"Cebheinfo.az"