Rusiya Odessaya PUA hücumu edib: Ölən və yaralananlar var

Rusiya Odessaya PUA hücumu edib: Ölən və yaralananlar var

Rusiya ordusu gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Odessadakı yaşayış binasına zərbələr endirib.

"Cebheinfo.az" “unian“a istinadən xəbər verir ki, bu barədə vilayətin Mülki Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

O bildirib ki, nəticədə ilkin məlumata görə iki nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralıların arasında azyaşlı uşaqlar da var.

"Cebheinfo.az"