Tramp FED rəhbərini axmaq adlandırdı

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Paueli tənqid etməkdə davam edir.
"Cebheinfo.az" xəbər verir ki, Tramp sosial media hesabında FED sədrini hədəfə alan paylaşım edib.
“Əgər Cerom Paueli razıdırsa, istefasını istərdim, o, dəhşətli iş görüb”, - deyə paylaşımında qeyd edib.
Tramp ölkədə qısa müddətdə inflyasiya baxımından çox şey əldə etdiklərini və ölkədə inflyasiya demək olar ki, olmadığını qeyd edib.
Paueli ilə bağlı Tramp, “Bir qələm zərbəsi ilə faiz dərəcələrini aşağı salan və bizə ildə 100 milyardlarla dollar qənaət edən adam var, amma o, axmaqdır” deyib.
Tramp bəzi ölkələrin ABŞ-dən çox daha az faiz ödədiyini deyib:
"Amma bizdə inadkar qatır və böyük səhvə yol verən axmaq adam var. O, səhv edir və bu, illərdir davam edir. Onun yerinə kim gəlsə, faizləri aşağı salacaq.
Əgər kiminsə faizləri olduğu yerdə saxlayacağını düşünürəmsə, onu təyin etməyəcəyəm. Faiz dərəcələrini aşağı salmaq istəyən birini gətirəcəm. Onlardan bayırda çox var".
Nigar
"Cebheinfo.az"