“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

"WhatsApp" ABŞ-də yaşayan istifadəçilər üçün mesajların qısa xülasəsi funksiyasını istifadəyə verib.
Funksiya yalnız ingilis dilində olacaq və istəyə bağlı şəkildə aktivləşdiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, yeni funksiyanın əsas məqsədi yığılıb qalan oxunmamış mesajların süni intellekt vasitəsilə tez və aydın şəkildə bir toxunuşla ümumi məzmununu qısa şəkildə görməkdir. Beləliklə, istifadəçi vaxt itirmədən nə baş verdiyini anlayacaq.
"Private Processing" yəni "Şəxsi emal" adlanan təhlükəsizlik sistemi sayəsində bu proses tamamilə qorunan bir mühitdə baş verir.
"WhatsApp" açıq şəkildə bildirir ki, heç bir mesaj saxlanmır və istifadəçi ilə əlaqələndirilmir. Mesajların xülasəsi hazırlandıqdan sonra dərhal silinir.
Bu yenilik "Meta"-nın süni intellekti ilə işləyir və istifadəsi çox rahat olacaq. Məxfiliyə önəm verən istifadəçilər “Genişləndirilmiş məxfilik” (“Advanced Privacy”) funksiyası aktiv olan söhbətlərdə bu sistemi avtomatik şəkildə söndürə bilərlər.
Mesajlar avtomatik sifrələnmiş olsa belə, şəxsi və qorunan söhbətlərdə süni intellektin işləməsinə icazə verilməyəcək.
"WhatsApp" qeyd edir ki, bu funksiya ilkin olaraq bağlı vəziyyətdə gəlir yəni istifadəçi özü istəməsə, funksiya işləməyəcək.
"Meta" ilin sonuna qədər funksiyanı daha çox dil və ölkə üçün əlçatan etməyi planlaşdırır.
Səbinə Uğur
"Cebheinfo.az"