Bəqai: Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır
Hörmüz boğazında göstərilən xidmətlərə görə haqq alınmalıdır.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
"İranın Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üzrə addımları həm milli təhlükəsizliyin qorunmasına, həm də beynəlxalq ictimaiyyətin ümumi rifahına yönəlib", - o vurğulayıb.
İ. Bəqai bildirib ki, dondurulmuş İran səhmlərinin blokdan çıxarılması razılaşmanın ayrılmaz hissəsi olacaq. "Hazırkı mərhələdə diqqəti müharibənin dayandırılmasına və Livan məsələsinə yönəltmək qərara alınıb", o bildirib və əlavə edib ki, regionda xarici hərbi bazaların, həmçinin qüvvələrin mövcudluğuna son qoyulmalıdır.
"Cebheinfo.az"

