Özgür Özel: “Kılıçdaroğlu “Cümhur İttifakı”na qoşula bilər”

Özgür Özel: “Kılıçdaroğlu “Cümhur İttifakı”na qoşula bilər”

Məhkəmənin “Mütləq etibarsızlıq” qərarından sonra Cümhuriyyət Xalq Partiyasında (CHP) vəziyyət hələ də gərgin olaraq qalır.  

“Cebheinfo.az” xəbər verir ki, məhkəmə qərarı ilə partiya rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlu öz hərəkətləri ilə siyasi dairələri sarsıtdığı halda, sabiq sədr Özgür Özel geniş müzakirə olunacaq bir açıqlama verib.

“Kılıçdaroğlunun CHP-si “Cümhur İttifaqı”na qoşulacaqmı” sualına Özel belə cavab verib: 

“Son bir ayda yaşadıqlarımızdan sonra heç nəyin qeyri-mümkün olduğunu deyə bilmərəm. Hazırda heç kimə zəmanət verə bilmərəm”.

Keçmişdə belə iddialara heç vaxt inanmayacağını, lakin parametrlərin tamamilə dəyişdiyini etiraf edən Özgür Özel partiya daxilindəki radikal parçalanmanı bu sözlərlə ifadə edib:

“Əvvəlki etibar qalmadı. Bir ay əvvələ qədər bəzi dostlardan heç birinin CHP-ni öz xəttindən döndərəcəyinə inanmırdım. Zəmanət dövrü bitdi. O vaxt bütün bu adlara tərəddüd etmədən zəmanət verə bilərdim. Lakin bu gün vəziyyət tamamilə dəyişib”. 

Özel bildirib ki, hələ partiya təşkilatlarında rəsmi olaraq təsdiqlənməmiş və məxfi saxlanılmalı olan “qovulma siyahıları” qərarlar elan edilməzdən əvvəl mediada adbaad dərc olunub.

Bu sızmanın partiya daxilindəki etimad atmosferini tamamilə məhv etdiyini bildirən Özel bu məqamdan sonra CHP daxilində baş verə biləcək heç bir siyasi ssenariyə təəccüblənməyəcəyinə işarə edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”