“Sağlam ailə modeli” layihəsi çərçivəsində Bayramlı qəsəbəsində seminar keçirilib

“Sağlam ailə modeli” layihəsi çərçivəsində Bayramlı qəsəbəsində seminar keçirilib

“Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir. 

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, fəaliyyət planına uyğun olaraq Şirvan şəhərinin Bayramlı qəsəbəsində növbəti seminar keçirilib. Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin qəsəbə icra nümayəndəsi Elnur Abdullayev və qəsəbə sakinləri iştirak ediblər.

Layihə rəhbəri Əli Mirzəyev layihənin məqsədləri, nəzərdə tutulmuş fəaliyyətlər, əldə olunacaq nailiyyətlər və s. haqqında geniş məlumat verib. Sonra seminar iştirakçılarına videoformatda təqdimat göstərilib. Təqdimatdan sonra qəsəbə sakinləri müzakirələrə qoşulub. Ülviyyə Şahbazova, Rəşidə Cahangirova və digər iştirakçılar ailə dəyərləri, bu dəyərlərin son zamanlar zəifləməsinin səbəbləri barədə fikirlərini səsləndirib.

"Cebheinfo.az"