Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Türkiyəli müğənni Sərdar Ortaç uzun illərdir mübarizə apardığı MS xəstəliyi səbəbindən səhhətində ciddi problem yaşayıb.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, sənətçi təxminən 15 gündür intensiv müalicə prosesindədir.

Səhhətində yaranan problemlə əlaqədar müğənninin yaxın vaxtlarda keçirilməsi planlaşdırılan bütün konsertləri təxirə salınıb.

"Cebheinfo.az"