Qonaq getdiyi kənddə kanalda batdı

Qonaq getdiyi kənddə kanalda batdı

Beyləqanda 65 yaşlı kişi kanalda batıb.

"Cebheinfo.az"ın məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun Eyvazallar kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş. Hadisə də məhz həmin kənddə olub

Hazırda onun axtarışları gedir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"