Seyid Əli Xameneyi iyulun 9-da dəfn ediləcək
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi 9 iyulda Məşhəddə dəfn ediləcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Seyid Əli Xameneyinin dəfn mərasimi üzrə qərargah məlumat yayıb.
Məlumata əsasən, Əli Xaməneyinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xameneyi öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xameneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.
Daha sonra onun yerinə oğlu Müctəba Xameneyi seçilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

