MİQ-ə qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI
Müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat prosesi artıq yekunlaşıb.
Bu barədə "Cebheinfo.az"-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Yekunda 40 000-dən artıq namizəd müvafiq sistemdən qeydiyyatdan keçib.
Məlumatlar emal edildikdən sonra müraciət təsdiqlənərsə namizəd ödəniş mərhələsinə yönləndirilir. İyul ayının əvvəlində müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla keçirilir və iştirak rüsumu 60 manat olaraq təyin edilib.
Qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyaya aid olan namizədlərdən 60 manat rüsum tələb olunmur :
* Müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
* Şəhid ailəsinin üzvləri;
* Müharibə veteranı adı almış şəxslər;
* Əlilliyi olan şəxslər;
* Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik yoxlanılacaq.
Nigar
"Cebheinfo.az"

