Tramp: “İranda hakimiyyət dəyişikliyi...”
“İranda hakimiyyət dəyişikliyi məsələsi mənim üçün əsas prioritet deyil”.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda Donald Tramp “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.
“Mən İranda hakimiyyət dəyişikliyinə heç vaxt xüsusi önəm verməmişəm. Bizim əlaqə saxladığımız üçüncü qrupdur və bu, indiyədək qarşılaşdığımız ən rasional qrupdur”, - deyə Donald Tramp qeyd edib.
Bundan əvvəl ABŞ, İran və vasitəçi rolunu üzərinə götürən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılıq əldə olunduğunu təsdiqləmişdilər.
Tərəflərin əldə olunan sənədi iyunun 19-da İsveçrənin Cenevrə şəhərində imzalayacağı gözlənilir.İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi bildirib ki, 60 günlük atəşkəs dövründə keçiriləcək danışıqlarda Tehranın nüvə proqramı da daxil olmaqla bir sıra mühüm məsələlər müzakirə olunacaq.
Nigar Hacılı
"Cebheinfo.az"

