Dünya çempionatında ən yaşlı məşqçi rekordu üçüncü dəfə yeniləndi
Kürasao milli komandasının baş məşqçisi, niderlandlı Dik Advokat futbol üzrə dünya çempionatında komandasını meydana çıxaran ən yaşlı mütəxəssis kimi tarixə düşüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, 78 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Kürasao millisi turnirin debütantıdır.
Məlumata görə, bu rekord turnir ərzində artıq üçüncü dəfə yenilənib. Yarışın açılış oyununda CAR millisinin 74 yaşlı baş məşqçisi, belçikalı Hüqo Bros bu göstəricini yeniləmişdi. Daha sonra həmin gün Çexiya millisinin baş məşqçisi Miroslav Koubek yeni rekordçu olub. Koubek bu ilin sentyabrında 75 yaşına çatacaq.
Daha əvvəl dünya çempionatlarında ən yaşlı baş məşqçi rekordunu almaniyalı Otto Rehagel daşıyırdı. O, 2010-cu ildə Yunanıstan millisinin başında 71 yaşında turnirdə iştirak etmişdi, lakin komanda qrupdan çıxa bilməmişdi.
Dünya çempionatı iyulun 19-da başa çatacaq.
"Cebheinfo.az"

