DÇ-2026: Almaniya - Kurasao oyununda hesab açılıb - YENİLƏNİB - 6

DÇ-2026: Almaniya - Kurasao oyununda hesab açılıb - YENİLƏNİB - 6

Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda ikinci hissə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalıların üstünlüyü davam edir - 3:1.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

21:53

Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda ilk hissə başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar fasiləyə üstün yollanıblar - 3:1.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

21:51

Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda dördüncü qol vurulub.

"Cebheinfo.az" xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar hesab arasındakı fərqi artırıblar - 3:1.

45+5-ci dəqiqədə Kay Havertz penalti zərbəsindən adını tabloya ayzdırıb.

21:42

Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda üçüncü qol vurulub.

"Cebheinfo.az" xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar yenidən hesabda irəli çıxıblar - 2:1.

38-ci dəqiqədə Niko Şlotterbek başla dəqiq oynayıb.

21:26

Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda ikinci qol vurulub.

"Cebheinfo.az" xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında Kurasao hesabı bərabərləşdirib - 1:1.

21-ci dəqiqədə Livano Komenensiya dəqiq zərbə müəlifi olub.

21:10

Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda hesab açılıb.

"Cebheinfo.az" xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.

6-cı dəqiqədə Feliks Nmeça dəqiq zərbə müəllifi olub.

21:02

Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyunu start götürüb.

"Cebheinfo.az" xəbər verir ki, E qrupunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

"Cebheinfo.az"